Lelek
| Lelek | |
|---|---|
| xorv. Lelek | |
| Lelek qrupu Avroviziya seçimlərində | |
| Əsas məlumatlar | |
| Üslub | etnopop |
| Fəaliyyət illəri | 2024-hazırda |
| Ölkə |
|
| Şəhər | Zaqreb |
| Dil |
xorvat dili ingilis dili |
| Heyət |
İnka Veçerina Peruşiç Yudita Ştorqa Korina Oliviya Rogiç Lara Brtan Marina Ramlyak |
Lelek (xorv. Lelek) — Xorvatiyanın tamamilə qadınlardan ibarət etnopop qrupu. Qrup 2024-cü ildə qurulub. Onlar Xorvatiyanı 2026-cı ildə Avroviziya Mahnı Müsabiqəsində "Andromeda" mahnısı ilə təmsil ediblər.
Tarixi
[redaktə | vikimətni redaktə et]"Lelek" qrupu 2024-cü ildə Zaqrebdə yaradılıb. Lara Brtan, Sara Yuriçki, Mixaela Xudiçek, İvana Pavleka və İnka Veçerina Peruşiçdən ibarət heyətlə yazılan debüt sinqlları "Tanani Nani" 18 noyabr 2024-cü ildə işıq üzü görüb.[1]
"Dora 2025" hazırlıqlarının başlanğıcına qədər heyət dəyişməz qalıb, lakin müsabiqədən qısa müddət əvvəl Peruşiç ailə və iş səbəblərindən qrupu tərk edib. Onu milli seçim mərhələsində qrupla birlikdə səhnəyə çıxan Klaudiya Pulek əvəz edib. Pulek daha sonra rəhbərliklə yaşanan fikir ayrılıqlarına görə layihədən ayrılıb və solo karyerasına başlayıb. Onun gedişindən sonra Peruşiç yenidən qrupa qayıdıb.[2][3]
5 dekabr 2024-cü ildə "Lelek" qrupunun "The Soul of My Soul" mahnısı ilə Avroviziya Mahnı Müsabiqəsi 2025 üçün Xorvatiyanın milli seçim turu olan "Dora 2025"-in 24 iştirakçısından biri olduğu elan edilib. İlk yarımfinalda yarışmaq hüququ qazanan qrup, finala vəsiqə qazanan səkkiz iştirakçıdan biri olaraq adını növbəti mərhələyə yazdırıb.[4]
Finalda 15-ci nömrə altında çıxış edib, münsiflərdən 33 xal alaraq yeddinci, tamaşaçı səsverməsindən isə 69 xal toplayaraq ikinci yeri tutublar. Ümumilikdə 102 xal yığan qrup müsabiqəni dördüncü pillədə başa vurub.[5][6]
3 dekabr 2025-ci ildə HRT, "Lelek" qrupunun Avroviziya Mahnı Müsabiqəsi 2026 üçün təşkil olunan "Dora 2026" Xorvatiya milli finalında "Andromeda" mahnısı ilə yarışacağını açıqlayıb. 12 fevral 2026-cı ildə ilk yarımfinalda çıxış edən qrup, 15 fevralda keçirilən böyük finala vəsiqə qazanıb.[7]
Ümumilikdə 173 xal toplayan qrup, nəticədə müsabiqənin qalibi olub və Avroviziya Mahnı Müsabiqəsi 2026-da Xorvatiyanı təmsil etmək hüququna yiyələnib.[8][9] 12 may 2026-cı ildə ilk yarımfinalda iştirak edərək 16 mayda baş tutan final mərhələsinə keçiblər. Finalda isə 124 xalla 15-ci yerdə qərarlaşıblar.[10][11][12][13][14]
Üzvləri
[redaktə | vikimətni redaktə et]Hazırkı üzvlər
[redaktə | vikimətni redaktə et]
- İnka Veçerina Peruşiç (2024-cü ildə fəaliyyət göstərib, 2025-ci ildən etibarən yenidən qoşulub)
- Yudita Ştorqa (2024-cü ildən etibarən qoşulub)
- Korina Oliviya Rogiç (2024-cü ildən etibarən qoşulub)
- Lara Brtan (2024-cü ildən etibarən qoşulub)
- Marina Ramlyak (2024-cü ildən etibarən qoşulub)
Keçmiş üzvlər
[redaktə | vikimətni redaktə et]- Klaudiya Pulek (2024–2025-ci illərdə fəaliyyət göstərib)
- Sara Yuriçki (2024-cü ildə fəaliyyət göstərib)
Diskoqrafiya
[redaktə | vikimətni redaktə et]Sinqllar
[redaktə | vikimətni redaktə et]Əsas musiqiçilər kimi
[redaktə | vikimətni redaktə et]| Adı | İl | Çatlarda ən yüksək mövqeyi | Albom | ||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| CRO Dom. Air. [15] |
CRO Billb. [16] | ||||||||||
| "Tanani Nani" | 2024 | — | — | albom olmayan sinql | |||||||
| "The Soul of my Soul" | 2025 | — | — | ||||||||
| "Zašto mi otimaš dom" | — | — | |||||||||
| "Tane" (with Marin) |
— | — | |||||||||
| "Andromeda" | 2026 | 1 | 12 | ||||||||
| "—" həmin ərazidə yayımlanmamış və ya siyahıya alınmamış səsyazmanı bildirir. | |||||||||||
Dəvət olunmuş musiqiçilər kimi
[redaktə | vikimətni redaktə et]| Adı | İl | Çatlarda ən yüksək mövqeyi | Albom |
|---|---|---|---|
| CRO Dom. Air. [15] | |||
| "Pristajem" (en:Matija Cvek Lelek qupunu təqdim edib) |
2025 | 4 | albom olmayan sinql |
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ LELEK. "LELEK - Tanani Nani │ Gandagana (Official Video)". 18 noyabr 2024. 15 fevral 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 fevral 2026.
- ↑ Dora | HRT. "LELEK - The Soul of my Soul (Finale)". 2 mart 2025. 15 fevral 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 fevral 2026.
- ↑ Podcast Backstage. "BACKSTAGE S1E10: Korina Rogić". 9 yanvar 2026. İstifadə tarixi: 24 fevral 2026.
- ↑ Farren, Neil. "Croatia: Dora 2025 Artists Revealed". Eurovoix. 5 dekabr 2024. 5 dekabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 dekabr 2024.
- ↑ "Pogledajte nastupe prvih osam finalista Dore 2025" [Watch the performances of the first eight finalists of Dora 2025] (xorvat). HRT. 27 fevral 2025. 28 fevral 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 fevral 2025.
- ↑ "Rezultati televotinga – 1. polufinale" (PDF). api.hrt.hr (xorvat). 5 mart 2025. 5 mart 2025 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 6 mart 2025.
- ↑ Petersen, Christian. "Croatia: Marko Bošnjak wins Dora 2025 with "Poison Cake"". eurovisionworld.com. 2 mart 2025. 3 mart 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 mart 2025.
- ↑ De-re, Julien. "🇭🇷 Croatia: Dora 2026 Participants Revealed". Eurovoix (ingilis). 3 dekabr 2025. 4 dekabr 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 yanvar 2026.
- ↑ "Dora 2026.: Odabrane 24 pjesme u utrci za Eurosong". en:Croatian Radiotelevision. 3 dekabr 2025. 5 yanvar 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 dekabr 2025.
- ↑ "Ovo su svi finalisti Dore 2026: Pogledajte njihove nastupe" [These are the finalists of Dora 2026: Watch their performances] (xorvat). en:Croatian Radiotelevision. 13 fevral 2026. 15 fevral 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 fevral 2026.
- ↑ Helgeson, Justina. "Croatia: Lelek wins Dora 2026 with "Andromeda"". Eurovisionworld. 15 fevral 2026. 16 fevral 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2026.
- ↑ Conte, Davide. "🇭🇷 Croatia: Lelek to Eurovision 2026". Eurovoix. 15 fevral 2026. 16 fevral 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2026.
- ↑ "Vienna 2026: Semi-Final Running Orders revealed". Eurovision Song Contest (ingilis). 2 aprel 2026. 6 aprel 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 may 2026.
- ↑ "Eurovision 2026 Results: Voting & Points". Eurovisionworld (ingilis). 17 may 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 may 2026.
- 1 2 Peak chart positions for singles in Croatian Domestic Airplay:
- For "Pristajem": "HRtop100 - 16. veljače 2025". top-lista.hr (Croatian). en:HR Top 100. 17 iyul 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fevral 2026.
- For "Andromeda": "HRtop100 - 18. svibnja 2026". top-lista.hr (Croatian). en:HR Top 100. 18 may 2026 tarixində arxivləşdirilib.
- ↑ Peak chart positions for singles on Croatia Songs (streaming):
- For "Andromeda": "Croatia Songs (Week of February 28, 2026)". Billboard. 24 fevral 2026 tarixində arxivləşdirilib.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]
Vikianbarda Lelek ilə əlaqəli mediafayllar var.