Məzmuna keç

Disket

Vikipediya, azad ensiklopediya
Image
Disket 3.5″
Image
Disket üçün yuva

Disket (ing. floppy disk, ing. diskette) — plastik materialdan hazırlanmış və məlumatların saxlanması üçün istifadə edilən elastik disk, üzəri maqnit material təbəqəsi ilə örtülmüş informasiya daşıyıcısı.

1971-ci ildə IBM şirkəti tərəfindən ilk disket hazırlanmışdır. Bu diskin diametri 8 dyüm (200 mm), tutumu isə 720 Kb idi. Çevik disk qurğusunun yaradılması təşəbbüsünü ilk dəfə 1967-ci ildə IBM firmasının mühəndis-elektroniki Alan Şuqart (Alan Shugart) irəli sürmüşdür.[1]

  1. Əliquliyev, Rasim; Şükürlü, Sədaqət; Kazımova, Sevda. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı: İnformasiya Texnologiyaları. 2009. 201. ISBN 978-9952-434-12-5.
  • Kitabxana – informasiya terminlərinin qısa lüğəti. Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010. 144 s.
  • Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.