Məzmuna keç

Portal:Günəş sistemi

Vikipediya, azad ensiklopediya
Redaktə Günəş sistemi Portalı
Image

Günəş sistemiGünəş və onun cazibə qüvvəsinin təsirində olan səkkiz planetlə onların bilinən 166 təbii peyki, beş cırtdan planetlə onların bilinən altı təbii peyki və milyardlarla kiçik göy cismlərindən ibarətdir. Kiçik göy cismləri qrupuna asteroidlər, Koyper qurşağındakı cismlər, kometalar, meteorlar və planetlərarası toz daxildir.

Günəş sistemində yerləşən ilk dörd planetə daxili planetlər, digər dörd planetə isə xarici planetlər deyilir. Koyper qurşağından kənarda isə seyrək disk şəklində olduğu düşünülən Oort buludunun yerləşdiyi təxmin olunur.

Günəşdən olan uzaqlıqlarına görə planetlər ardıcıl olaraq Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturn, UranNeptundur. Bu səkkiz planetin altısının ətrafında dönən təbii peykləri vardır. Bundan başqa xarici planetlərin ətrafında dönən toz və digər kiçik hissəciklərdən ibarət olan halqaları vardır. Yer planetindən başqa digər planetlərin adlarının mənşəyi YunanRoma mifologiyasındakı tanrılardır. Cırtdan planetlərdən olan Serera Asteroid qurşağında yerləşir və burada yerləşən ən böyük cismdir. Erida məlum olan ən böyük cırtdan planetdir.

Keşi təmizlə və yenilənmiş son versiyanı gör
Redaktə Seçilmiş məqalə
Image

MerkuriGünəş sistemində yerləşən ən kiçik və Günəşə ən yaxın olan planet. Daxili planetlərə aid olan Merkuri Günəş ətrafında ən sürətlə hərəkət edən planetdir və dövrəsini 88 günə tamamlayır. Buna baxmayaraq Merkuri öz oxu ətrafında çox yavaş hərəkət edir. 1 Merkuri günü Yerdə keçən 116 günə bərabərdir. Merkurinin təbii peyki yoxdur. Planetin adı Roma mifologiyasında gəlir, ticarət və xəbər tanrısı hesab olunan Merkuridən qaynaqlanır.

Merkuri demək olar ki, istiliyi qoruya bilməyəcək dərəcədə çox nazik atmosfer qatına sahibdir. Bu səbəbdən də gecə və gündüz əvəzlənməsi zamanı planetin səthində kəskin istilik fərqləri yaranır. Merkurinin ekvatoruna yaxın yerlərdə gündüz vaxtı istilik 427 °C-yə çatsa da, gecə vaxtı istilik -173 °C-yə qədər düşə bilir. Merkurinin qütb bölgələrində istilik həmişə -93 °C-dən aşağı olur. Merkuri Günəş sistemi planetləri arasında ən az meyilliyə sahib olandır. Buna baxmayaraq orbiti ellips formasındadır və Günəş sisteminə daxil olan planetlər içində ən kənarmərkəzli orbitə sahibdir.

Redaktə Seçilmiş şəkil
Image

AyYerin yeganə daimi təbii peykidir. Ay insanların Yerdən kənarda ayaq basdığı yeganə kosmik cismdir. Ay Günəş sistemində yerləşən peyklər arasında ölçüsünə görə beşinci, ətrafında döndüyü planetin ölçülərinə nəzərən isə birincidir. Ay sıxlığına görə Günəş sistemində sıxlığı məlum olan peyklər arasında İodan sonra ikincidir.

Redaktə Bilirsinizmi?
Image
Redaktə Xəbərlər

2016

  • 3 oktyabr: 12 illik missiyadan sonra Rozetta kosmik gəmisi kometaya çırpılaraq missiyasını sonlandırdı.
  • 6 iyul: Çin FAST radio teleskopunun sonuncu panelini yerləşdirdi.
  • 6 iyul: NASA-nın Yuno kosmik gəmisi Yupiterin orbitinə daxil oldu.
  • 9 may: NASA Merkurinin ilk topoqrafik xəritəsini yaydı.

2015

Redaktə Videolar

Redaktə Əlaqəli Portallar
Portal:Astronomiya
Portal:Coğrafiya
Portal:Yupiter
Astronomiya Coğrafiya Yupiter
Redaktə Kateqoriyalar
Redaktə Əlaqəli VikiLayihələr
Redaktə Önəmli mövzular
Redaktə Digər Portallar
Qadın  LGBT  Talış  Şahdağ xalqları  İslam  Təsəvvüf  Xristianlıq  Elm  Arxeologiya  Astronomiya  Biologiya  Coğrafiya  Fizika  Fəlsəfə  Kimya  Qədim Misir  Qədim Roma  Qədim Yunanıstan  Qədim Şərq  Qafqaz Albaniyası  Şirvanşahlar dövləti  Monarxiya  İncəsənət  Kino v Musiqi  Klassik musiqi  Balet  Opera  Memarlıq  Mədəniyyət  Rəssamlıq  Teatr  Tibb  Ədəbiyyat  Alatoran  Harri Potter  Seylor Mun  Anime və manqa  İdman  Futbol  Beşiktaş  Trabzonspor  Universitet  Xəzər Universiteti  Məhəmməd Füzuli  Nizami Gəncəvi  Maykl Cekson  Video oyunlar  ABŞ portalı  Almaniya portalı  Azərbaycan portalı  Azərbaycan tarixi  Azərbaycan kino sənəti  Azərbaycan Silahlı Qüvvələri  Cənubi Azərbaycan  Qarabağ  Böyük Britaniya  Çexiya portalı  Çili portalı  Çin portalı  Ermənistan portalı  Gürcüstan portalı  İran portalı  İslandiya portalı  İsrail portalı  Kanada portalı  İsveç portalı  İtaliya portalı  Fransa portalı  Meksika portalı  Monqolustan portalı  Polşa portalı  Rusiya portalı  Türkiyə portalı  SSRİ portalı  Yaponiya portalı  Ankara portalı  Bakı portalı  Berlin portalı  Bern  Paris portalı  Praqa portalı  Sankt-Peterburq portalı  Milad  Procter & Gamble  Qorxu  Antarktika  Alyaska  NBA  Günəş sistemi  Yupiter  İslam  Asiya
Redaktə Vikimedia